Milli Kitabxananın direktoru bir sıra tədbirlərdə iştirak edib

 

 

Azərbaycan Milli Kitabxanasının (AMK) direktoru, professor Kərim Tahirov VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda bir sıra tədbirlərdə iştirak edib.

O, Rusiya Milli Kitabxanasının AsiyaAfrika ədəbiyyatları şöbəsində “Koreyaya pəncərə” layihəsi çərçivəsində təşkil edilən tədbir və sərginin açılışına qatılıb.

Rusiya Milli Kitabxanasında keçirilən “Rəqəmsal əsrdə kitabxanaların və nəşriyyatların beynəlxalq əlaqələri” mövzusuna həsr edilmiş simpoziumda professor Kərim Tahirov da məruzə ilə çıxış edib. “Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri” mövzulu məruzədə, o cümlədən AMK-nın beynəlxalq kitabxana təşkilatlarında təmsilçiliyi, beynəlxalq kitab mübadiləsi imkanlarından istifadə, beynəlxalq kitab sərgiləri və elmi konfranslarda iştirak, habelə Bakıda beynəlxalq elmi konfransların keçirilməsindən söz açılıb.

Noyabrın 15-də Dövlət Ermitajında “Böyük Qələbənin 75 illiyi: ədəbiyyat, kino, teatrmövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Kərim Tahirov Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə Azərbaycan Milli Kitabxanasının keçirəcəyi tədbirlər və MDB ölkələrinə daxil olan bir sıra ölkələrin milli kitabxanaları ilə birgə həyata  keçiriləcək layihələr barədə danışıb.

Həmin gün AMK-nın direktoru Kərim TahirovRusiya Milli Kitabxanasının baş direktoru Aleksandr Verşinin arasında görüş keçirilib. Görüşdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində danışıqlar aparılıb.

 

Mədəniyyət.- 2019.- 20 noyabr.- S.5.