Milli Qəhrəman Albert Aqarunovun abidəsinin açılışı keçirilib

 

 

 

Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəli ucaldılıb. Noyabrın 15-də abidənin açılış mərasimi keçirilib.

Mərasimdə Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Müdafiə nazirinin müavini Kərim Vəliyev, digər rəsmilər, İsrailin Azərbaycandakı səfiri Dan Stav, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, millət vəkilləri iştirak ediblər. Dünya dini liderlərinin II Bakı sammitinin iştirakçısı olan yəhudi xadimləri   mərasimə qatılıblar.

Etibar Nəcəfov çıxış edərək tarixən Azərbaycandakı tolerant multikultural mühitin müxtəlif xalqların bura gəlib məskunlaşmasında mühüm rol oynadığını bildirib: “Yəhudi xalqı tarixən Azərbaycan xalqının həyatında yaxından iştirak edib. Albert Aqarunov Şuşanın müdafiəsi zamanı  qəhrəmancasına həlak olub. Onun vətən sevgisi təsadüfi deyil, bu, ilk növbədə Azərbaycan xalqının multikulturalizm mədəniyyətindən irəli gəlir. Azərbaycan dövləti tərəfindən Albert Aqarunovun adı əbədiləşdirilib, onun adına Bakıda Qırmızı qəsəbədə küçə, oxuduğu məktəbə adı verilib”.

Albert Aqarunovun heykəli Bakının Nərimanov rayonu ərazisində, Milli Qəhrəmanın adını daşıyan küçədə ucaldılıb. Abidənin müəllifləri heykəltəraşlar Rahib QarayevZamik Rzayevdir.

Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində anadan olub. O, 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

 

Mədəniyyət.- 2019.- 20 noyabr.- S.6.