Mən bir susmaz duyğuyam ki...”

 

 

Finlandiyanın paytaxtı Helsinkidə Azərbaycanın böyük mədəniyyət xadimi, dramaturq, şair, yazıçı Cəfər Cabbarlının 120 illik yubileyi münasibətiləMən bir susmaz duyğuyam ki...” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya Şurasının əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə gerçəkləşib.

Ədibin nəvəsi, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova tədbir iştirakçılarına görkəmli dramaturqun həyat yaradıcılığı barədə məlumat verib.

Sonra Cəfər Cabbarlının ömür yolundan yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Əməkdar artist Rəşad İlyasovun ifasında Cəfər Cabbarlının şeirlərinə bəstələnmiş mahnılar səslənib. Müğənnini İsveçdən gələnQarabağrəqs qrupu müşayiət edib.

Tədbir Helsinkidə yaşayan azərbaycanlılarla yanaşı, yerli sakinlər bu ölkədə fəaliyyət göstərən rus türk diaspor nümayəndələri tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda Qəmər Bağırova Finlandiya-Azərbaycan mədəni əlaqələrinin inkişafı və Azərbaycan ədəbiyyatının təbliğində xidmətlərinə görə Ülviyyə Cabbarovaya diplom təqdim edib. Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi və Azər-Türk Gənclər Birliyinin sədri Ülviyyə Cabbarova isə yubiley mərasimində fəal iştirak etdiklərinə görə Emil Mahanenə, Mona Sovajifara, Nəzrin Ələkbərliyə və Nuray Jasmin Turunenə təşkilat adından sertifikatlar təqdim edib.

 

Mədəniyyət.- 2019.- 20 noyabr.- S.8.