Teatrlarda Cəfər Cabbarlı günləri

 

  

 

Xəbər verdiyimiz kimi, 23-30 noyabr tarixində ölkə teatrlarının iştirakı ilə “Cəfər Cabbarlı həftəsi” keçiriləcək. Layihə “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2018-ci il tarixli sərəncamına uyğun olaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşdırılır.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında C.Cabbarlının “Yaşar”, Akademik Rus Dram Teatrında “Aydın”, Dövlət Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”, Şəki Dövlət Dram Teatrında “Sevil”, Lənkəran Dövlət Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”, Gəncə Dövlət Dram Teatrında “Dönüş” tamaşaları dövlət sifarişi ilə hazırlanıb və həmin tamaşaların “Cəfər Cabbarlı həftəsi” çərçivəsində Bakı şəhərində nümayişi nəzərdə tutulub.

 

Mədəniyyət.- 2019.- 20 noyabr.- S.2.