“Macarıstan musiqisi axşamları”

 

 

Beynəlxalq Muğam Mərkəzi (BMM) üç gün müddətində Macarıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Macarıstan musiqisi axşamları” adlı konsert proqramı təqdim etdi.

Paytaxt sakinləri və şəhərimizin qonaqları 11-12 və 14 noyabr tarixlərində macar musiqiçilərinin ifalarını dinləmək imkanı qazandılar. Macarıstanın Avropada məşhur nəfəs alətləri qrupunun – “Cantores Esslesiaein solistləri, “Eurovision” müsabiqəsinin iştirakçısı – müğənni Magyar Borin və tanınmış ifaçı Csurkulya Jozefin çıxışları musiqi həvəskarlarına bayram əhvalı bəxş etdi.

Layihə çərçivəsində qonaq musiqiçilər Bakı tamaşaçılarına klassik musiqi şedevrləri ilə bərabər, xalq musiqisi, caz, etnik musiqi nömrələrindən ibarət rəngarəng proqram təqdim etdilər.

Qeyd edək ki, konsert proqramları Beynəlxalq Muğam Mərkəzi ilə Macarıstan səfirliyi arasında birgə layihələrin davamıdır. Bir müddət əvvəl “Bakıda Macarıstan günləri” çərçivəsində BMM-də professor Janoş Şipoş Macarıstan və Azərbaycan xalq musiqisinin bənzərlikləri barədə mühazirə oxumuş, tanınmış ifaçı Salonnaonun qrupu maraqlı konsert proqramı ilə çıxış etmişdi.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 20 noyabr.- S.8.