Sumqayıt şəhərinin inkişafında xidmətləri olan şəxslər təltif edilib

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Şəhərin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar müəllim”, “Əməkdar həkim”, “Əməkdar jurnalist” və “Əməkdar mühəndis” fəxri adları verilib. Həmçinin bir qrup şəxs 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 3-cü dərəcəli “Əmək” ordeni, “Tərəqqi” medalı və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Prezident İlham Əliyevin noyabrın 21-də imzaladığı sərəncamlarla şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib, həmçinin şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə dörd nəfərə Prezidentin fərdi təqaüdü verilib.

 

Mədəniyyət.- 2019.- 22 noyabr.- S.2.