Musiqi və incəsənət məktəblərinin müəllimləri üçün ustad dərsləri

 

 

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən noyabrın 19-dan 21-dək Gəncə Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin fortepiano, tarxor dirijorluğu üzrə ixtisas müəllimləri üçün ustad dərsləri təşkil olunub.

Dərslər Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq musiqi məktəbi, Z.Qayıbov adına 5 nömrəli Uşaq musiqi məktəbi və şəhər Uşaq incəsənət məktəbində keçirilib.

Mərkəzin Bədii təhsil şöbəsinin müdiri Sevil Ələkbərova bildirib ki, ustad dərsləri uşaq, yeniyetmə və gənclərin ifaçılıq qabiliyyətinin inkişaf etdirilməsi, yaradıcılıq bacarıqlarının düzgün istiqamətləndirilməsində müsbət rol oynayır. Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində fəaliyyət göstərən müəllimlərin bilik, bacarıq və peşə səriştələri tədris metodikasının xüsusiyyətləri, pedaqogikapsixologiya ilə əlaqəsinin öyrədilməsi müasir tələblərə uyğun həyata keçirilir.

Sonda ustad dərslərini dinləyən müəllimlərə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən sertifikatlar, dərsi keçən müəllimlərə isə diplomlar təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 22 noyabr.- S.3.