UNESCO üzrə Milli Komissiyanın 25 illiyi qeyd olunub

 

 

Azərbaycan bu gün UNESCO-nun əsas tərəfdaşlarından biridir

 

Parisdə – UNESCO Baş Konfransının 40-cı sessiyası çərçivəsində UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənə ilə qeyd edilib. Tədbirdə UNESCO-nun rəhbər nümayəndələri, bir sıra ölkələrin mədəniyyət nazirləri, daimi nümayəndəliklərin rəhbərləri əməkdaşları iştirak ediblər.

Ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov giriş sözündə Azərbaycanın təşkilatla əlaqələrindən söz açıb. Diplomat ötən illər ərzində UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının UNESCO ilə elm, təhsil, mədəniyyət, informasiya kommunikasiya sahələrində əməkdaşlığın həyata keçirilməsində əlaqələndirici rol oynadığını, təşkilatın proqram tədbirlərinin hazırlanması reallaşdırılmasında ölkəmizin fəal iştirakını, bir çox layihələrə dəstək verdiyini diqqətə çatdırıb.

UNESCO baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko baş direktor adından təbriklərini çatdıraraq bildirib ki, Azərbaycan Milli Komissiyası ilə UNESCO arasında əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan 25 ildə böyük irəliləyişlər əldə edib bu gün təşkilatın əsas tərəfdaşlarından biridir.

Baş direktorun müavini UNESCO-nun gündəliyindəki əsas tədbirlərdən olan Bakıda iki ildən bir keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna toxunaraq, ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqində əvəzsiz rolundan danışıb, təşkilatın ölkəmizlə əlaqələrinin daha da genişlənəcəyinə inandığını bildirib. Sülh, sülh mədəniyyəti naminə fəaliyyətimizdə Azərbaycan hökumətinin Milli Komissiyanın böyük dəstəyini almışıq. Afrikada sülh, inkişaf yolunda göstərilən dəstəyi xüsusi qeyd etmək istərdim. Bakı ilə Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı kimi mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində sıx əməkdaşlığımız var”, - deyə o vurğulayıb.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov Milli Komissiyanın yaranması tarixindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildə yaradılan Milli Komissiya həmin il Xarici İşlər Nazirliyi yanında fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, 2005-ci ildən Milli Komissiya Azərbaycan Respublikasının Prezidenti yanında statusu ilə fəaliyyətini davam etdirir.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizlə UNESCO arasında əlaqələrin inkişafına böyük töhfələr verib, son illər təşkilatla əlaqələrimiz daha da intensivləşib. UNESCO-nun mədəni irs, mədəniyyətlərarası dialoq, gender bərabərliyi, inkişaf etməkdə olan ölkələrdə qızların təhsili kimi prioritet sahələrində çoxsaylı layihələr həyata keçirilib.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirə qoşulan həmkarlarını digər iştirakçıları salamlayaraq, UNESCO üzrə Milli Komissiyanın 25 illiyinin təşkilatın Baş Konfransının 40-cı sessiyası çərçivəsində qeyd olunmasının əlamətdar hadisə olduğunu deyib. Nazir Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş səfir Anar Kərimova 3-cü dərəcəliVətənə xidmətə görəordenini təqdim edib.

UNESCO baş direktorunun xüsusi müşaviri, Dünya İrs Komitəsinin keçmiş rəhbəri Munir BuşenakiyəAzərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı təqdim olunub.

Munir Buşenaki yubiley medalı ilə təltif edildiyinə görə şərəf duyduğunu deyib və Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2019.- 22 noyabr.- S.3.