AMEA-da Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş

 

 

 

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin nəslinin davamçıları – Polşada yaşayan nəticəsi Martin Cavanşiri və kötücəsi Pşemislav Cavanşiri ilə görüşüb. Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib.

Cəlil Məmmədquluzadənin zəngin ədəbi-bədii yaradıcılığından danışan akademik Ramiz Mehdiyev bildirib ki, görkəmli yazıçının Azərbaycan xalqı qarşısında böyük xidmətləri var.

AMEA-nın prezidenti müasir dövrdə Polşa ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin olduğunu deyib. Qeyd edib ki, polşalılar uzun illər Azərbaycanda yaşayıb-yaradıb, polşalı memarlar tarixi binalar tikiblər.

Sonra akademik Ramiz Mehdiyev qonaqlara Naxçıvan xalçası hədiyyə edib.

Martin Cavanşiri Azərbaycana ilk dəfə səfəri ilə bağlı təəssüratını bölüşüb, qəbula görə minnətdarlığını ifadə edib.

 

Mədəniyyət.- 2019.- 22 noyabr.- S.4.