Təsviri sənət sahəsində səmərəli fəaliyyətinə görə

 

 

Qalereya 1969” sərgi salonunun direktoru, Əməkdar mədəniyyət işçisi Elçin Aydın oğlu Orucov təsviri sənət sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə, habelə 50 yaşının tamam olması münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib.

Elçin Orucov 25 noyabr 1969-cu ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində təhsil alıb, 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Rəssamlıq fakültəsini bitirib.

S.Bəhlulzadə adına sərgi salonunun şöbə müdiri, direktoru vəzifəsində çalışıb. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə ölkə başçısının müvafiq sərəncamı ilə 2012-ci ildəƏməkdar mədəniyyət işçisifəxri adına layiq görülüb.

Hazırda Elçin Orucov “Qalereya 1969” MMC-nin təsisçisi kimi milli təsviri sənətin təbliği istiqamətində fəaliyyətlə məşğuldur.

 

Mədəniyyət.- 2019.- 22 noyabr.- S.5.