“Kitabla davranış mədəniyyəti”

 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları “Məktəblinin dostu” layihəsi çərçivəsində Xətai rayonundakı Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbdə keçirilən “Kitabla davranış mədəniyyəti” adlı tədbirdə iştirak ediblər.

Tədbir “Balaca ev” adlı cizgi filminin nümayişi ilə başlayıb.

Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxışında uşaqlara kitab və mütaliənin, kitabxana fəaliyyətinin əhəmiyyəti barədə məlumat verib, uşaqların suallarını cavablandırıb.

Kitabxananın əməkdaşları “Qoğal” nağılının şirma tamaşasını nümayiş etdirib, uşaqların iştirakı ilə “Turp” nağılını səhnələşdiriblər.

Sonda uşaqlara kitabxananın “Göyqurşağı” uşaq jurnalı və kitablar hədiyyə edilib.

 

Mədəniyyət.- 2019.- 22 noyabr.- S.7.