Mədəniyyət evlərinin fəaliyyəti beynəlxalq konfransda müzakirə olunub

 

 

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, direktor müavini Leyla Mehdiyeva və şöbə müdiri Nurəddin Babazadə Belarusun Mogilyov vilayətinin Xalq Yaradıcılığı və Mədəni-Maarif İşi üzrə Metodiki Mərkəzinin 80 illik yubileyinə həsr olunmuş konfransda iştirak ediblər.

“Milli-mədəni özünəməxsusluğun qorunması kontekstində ənənəvi mədəniyyətin dəyərləri” adlı konfrans zamanı iki mərkəzin birlikdə hazırladığı “Şəhər (rayon) mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), digər mədəniyyət evləri və klublarda fəaliyyət göstərən həvəskar rəqs dərnəyi və kollektivi rəhbərinin işinə dairyeni beynəlxalq metodiki vəsaitin təqdimatı keçirilib.

Asif Usubəliyev çıxışında Xalq Yaradıcılığı və Mədəni-Maarif İşi üzrə Metodiki Mərkəzin yubileyi münasibətilə təbriklərini çatdırıb, mədəniyyət müəssisələrinin inkişafına xidmət edə biləcək birgə layihələrin önəmini vurğulayıb.

Nümayəndə heyəti yubileyə həsr olunmuş konsertdə də iştirak edib.

 

Mədəniyyət.- 2019.- 27 noyabr.- S.2.