Cümhuriyyətin 100 yaşlı yadigarı

 

 

 

Noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Konqres Mərkəzində gerçəkləşən tədbirdə iştirak edib. Dövlət başçısı mərasimdə nitq söyləyib.

Prezident 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə ölkəmizin ilk ali təhsil ocağının – Bakı Dövlət Universitetinin təsis edilməsinin tarixi əhəmiyyətini vurğulayıb. Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzləşmişdi, ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha Cümhuriyyət qurucularının niyyətini əks etdirirdi”, – deyən dövlət başçısı qeyd edib ki, 100 il ərzində BDU Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr verib.

Mərasimdə BDU-nun rektoru Elçin Babayev, universitetin professoru, hüquq elmləri doktoru Firuzə Abbasova, Jurnalistika fakültəsinin tələbəsi Rəşad İmanov çıxış ediblər.

Pianoçu Etibar Əsədlinin ifasında Bakı Dövlət Universitetinin məşhur 60 aliminə həsr olunmuşİthaf” kompozisiyası təqdim edilib.

 

Mədəniyyət.- 2019.- 27 noyabr.- S.1.