“Gənclərə dəstək” layihəsində növbəti konsert

 

 

Noyabrın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Milli musiqi alətlərimiz milli sərvətimizdir” adlı konsert proqramı təqdim edilib.

Konsert “Gənclərə dəstək” layihəsi çərçivəsində reallaşıb. Gecədə dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib. Rəngarəng kompozisiyaların təqdim olunduğu konsert proqramı maraqla qarşılanıb.

“Gənclərə dəstək” layihəsi Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

 

Mədəniyyət.- 2019.- 27 noyabr.- S.2.