Mədəni irsi necə təqdim və təbliğ etməli?

 

 

“Azərbaycan muzeylərində audiobələdçi” və “Sənə hekayəmi danışmaq istəyirəm” layihələrinin təqdimatı

 

Noyabrın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan “Azərbaycan muzeylərində audiobələdçi” və “Sənə hekayəmi danışmaq istəyirəm” layihələrinin təqdimat mərasimi keçirildi.

Nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin sektor müdiri Nərgiz Abdullayeva layihələr haqqında məlumat verdi. Qeyd etdi ki, “Sənə hekayəmi danışmaq istəyirəm” layihəsi paytaxt muzeylərində saxlanılan unikal eksponatlar haqqındadır. Layihədə Milli İncəsənət MuzeyiMilli Xalça Muzeyindən seçilmiş eksponatların hekayəsi təqdim edilib. Eksponat özü haqqında monoloq şəklində qısa məlumat verməklə ziyarətçiləri muzeyə dəvət edir.

Bildirildi ki, bu çarxlar paytaxtın mərkəzi küçələrində yerləşən bilbordlarda nümayiş olunmaqla yanaşı, kinoteatrlarda filmlərin nümayişindən öncə təqdim edilərək diqqətləri mədəni mirasımıza yönəldəcək. Həmçinin bu videoçarxlara həsr olunmuş nəşrlər Azərbaycan və ingilis dillərində çap edilərək paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına paylanılıb. Ötən ayın sonlarından videoçarxlar sosial şəbəkələr vasitəsilə də nümayiş olunub. Bir ay ərzində videomateriallarFacebook” şəbəkəsində 108 min, “İnstagramda isə 123 min izləyici tərəfindən baxılıb.

Sektor müdiri ilkin pilot layihənin maraqla qarşılandığını dedibu istiqamətdə işlərin davam etdiriləcəyini diqqətə çatdırdı. Bildirdi ki, yaxın zamanlarda videoçarxlar televiziya vasitəsilə də nümayiş olunacaq.

Sonra “Sənə hekayəmi danışmaq istəyirəm” layihəsinin üç eksponataMilli İncəsənət Muzeyində nümayiş olunan Tahir Salahovun “Təmirçilər” tablosuna və XVIII əsrə aid döyüş geyiminə, habelə Milli Xalça Muzeyindən “Xətai” xalçasına həsr olunmuş videoçarxları nümayiş olundu.

Tədbirdə daha sonra “Azərbaycan muzeylərində audiobələdçi” layihəsi təqdim olundu. Nərgiz Abdullayeva diqqətə çatdırdı ki, Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində hazırlanan audiobələdçilər müxtəlif yaşlı insanlar üçün nəzərdə tutulub. “ORPHEO Touche” cihazları tərəfindən hazırlanmış applikasiyaları “İphone” və “Android” proqramlı telefonlara yükləməklə istifadə etmək mümkündür.

“ORPHEO Group” şirkətinin texniki meneceri David Louren şirkətin fəaliyyəti və cihazlar haqqında söz açdı. Bildirdi ki, 30 ədəd mikro, 10 ədəd “Touchevariantda cihaz hazırda Azərbaycana gətirilib.

 

“Mədəniyyətimizin təbliğində müasir texnologiyalardan istifadə zəruridir”

 

Təqdimat mərasiminin sonunda layihələrlə bağlı fikirlərini bölüşən Mədəniyyət naziri Əbülfəs Qarayev diqqətə çatdırdı ki, muzeylərimizdə müasir texnoloji avadanlıqların tətbiqi sevindirici haldır: “Biz bu layihələrin reallaşmasına uzun müddətdir çalışırdıq. Bu işin həyata keçirilməsinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi sayəsində nail olundu. Layihə haqqında Mehriban xanıma məlumat verdiyim zaman əlaqədar təşkilatlara bu işin görülməsi ilə bağlı tapşırıqlar verdi. Məmnunam ki, ölkəmizdə bu işi dünyanın aparıcı şirkətlərindən biri həyata keçirir. Bu şirkət bütün lazımi prosedurları reallaşdırıb. Müsbət cəhətlərdən biriodur ki, bu cihazı almadan da müasir telefonlar vasitəsilə xidmətdən istifadə etmək mümkündür. Layihə Milli İncəsənət, Milli XalçaQobustan muzeylərində tətbiq ediləcək”.

Nazir bildirdi ki, layihə muzey işinin təkmilləşdirilməsi baxımından olduqca vacibdir: “Bu yaxınlarda parlamentdə çıxışım zamanı da qeyd etdim ki, müasir texnologiyalarsız Azərbaycan mədəniyyətini dünyaya təbliğ etmək qeyri-mümkündür. Bu gün bizim mədəni irsimiz, musiqimiz, ədəbi nümunələrimiz elektron daşıyıcılarda çox az saydadır. Bir sıra portallar var ki, bu portallarda dünya miqyasında rəssamlıq, incəsənət təbliğ olunur. Əfsus ki, həmin portallarda bəzən bizim müəlliflərin əsərləri Rusiya, yaxud da keçmiş sovet nümunələri kimi təqdim olunmaqdadır. Ona görə də müasir texnoloji yeniliklərlə reallıqlarımız təbliğ ediləcək”.

 

“Layihə yaradıcı sənayenin tərkib hissəsidir”

 

Əbülfəs Qarayev onu da qeyd etdi ki, nazirliyin fəaliyyətinin strateji istiqamətlərindən biri növbəti illərdə müasir texnoloji yeniliklərlə Azərbaycan mədəniyyətinin dünya bazarlarına çıxarılması və eləcə də qarşılıqlı olaraq dünya mədəniyyətinin muzeylərimizdə virtual təbliği ilə bağlı xüsusi layihələrin həyata keçirilməsidir: “Hesab edirəm ki, bu, çox vacib bir istiqamətdir və bunu beynəlxalq qurumlarla birlikdə genişləndirməliyik. Hazırda digər vacib bir istiqamət də yaradıcı sənayenin formalaşdırılmasıdır. Bu layihə də yaradıcı sənayenin ayrılmaz hissəsidir. Burada həyata keçirilən yeni təqdimat formaları dinamik şəkildə inkişaf etməlidir. Yeni təkliflər, yeni məlumatlar tətbiq edilməlidir. Bu gün ziyarətçilərin diqqətini cəlb etmək üçün sosial şəbəkələrdən çevik şəkildə istifadə olunmalıdır. Bütün muzeylər öz işlərini məhz müasir texnoloji vasitələrlə həyata keçirməlidirlər. Bu işə xüsusilə gəncləri cəlb etmək lazımdır”.

Nazir həmçinin diqqətə çatdırdı ki, gənc nəslin muzeylərə marağını artırmaq üçün tələbə auditoriyası muzeylərə cəlb olunmalıdırlar. Ali təhsil müəssisələrinin bəzi dərsləri muzeylərdə keçirilməlidir: “Təbii ki, bu dərslər ödənişsiz olmamalıdır. Bunun üçün Təhsil Nazirliyi ilə də əməkdaşlıq edilməlidir. Biz muzey işi, ədəbiyyat sahəsi üzrə təhsil alan tələbələrlə muzeylərdə mütəmadi olaraq rastlaşmalıyıq. Onlarda muzey işinə, mədəniyyətə, sənətə maraq formalaşdırılmalıdır”.

Nazir layihənin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirdi.

Sonda qonaqlar audiobələdçinin tətbiqi ilə tanış oldular.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 27 noyabr.- S.1;3.