“Özbək kinosu həftəsi”ndə Qəbələ və İsmayıllıda görüşlər

 

 

Xəbər verdiyimiz kimi, noyabrın 17-dən 24-dək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Özbəkkino” Milli Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə “Özbək kinosu həftəsi” keçirilib.

Özbəkistan nümayəndə heyəti həftə çərçivəsində İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Qəbələyə səfər edərək mədəniyyət müəssisələri və tarixi abidələrlə tanış olublar.

Rayon Mədəniyyət Mərkəzində nümayəndə heyətinin yerli kinosevərlərlə görüşüfilm nümayişi təşkil olunub. Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə diqqətə çatdırıb ki, ölkəmizdə “Özbək kinosu həftəsi” ikinci dəfədir keçirilirbu dəfə qardaş ölkənin filmləri ilə təkcə paytaxt sakinləri deyil, bölgələrdəki vətəndaşlar da tanış olmaq imkanı qazanıblar.

“Özbəkkino” Milli Agentliyinin əməkdaşı, kinoşünas Barno Unqboyevarejissor Şuxrat Mahmudov kino həftəsində müxtəlif janrlardatarixi, sənədli, bədii və cizgi filmlərinin nümayiş olunacağını bildirərək hər kəsi bu filmlərlə tanışlığa dəvət ediblər.

Çıxışlardan sonra “Rəqsin valehedici gözəlliyi” sənədli filminin nümayişi olub.

Qonaqlar İsmayıllı rayonunda Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə də tanış olub, əl işləri sərgisinə baxıblar. “Niyalinstrumental ansamblı konsert proqramı ilə çıxış edib.

 

Mədəniyyət.- 2019.- 27 noyabr.- S.4.