Qobustan abidələrinin tədqiqatçısının yubileyi

 

 

Qobustan Milli Tarix-Bədii Qoruğunda tanınmış arxeoloq, tarix üzrə fəlsəfə doktoru, Qobustan abidələrinin tədqiqatçısı Firuzə Muradovanın 85 illik yubileyi münasibətilə tədbir keçirilib.

Qoruğun direktoru Vüqar İsayev yubilyarı təbrik edib, onun Qobustan abidələrinin tədqiqi və öyrənilməsi işindəki xidmətlərindən danışıb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova Qobustan qayaüstü təsvirlərinin öyrənilməsində Firuzə Muradovanın xidmətlərini yüksək qiymətləndirib, ona 85 illiyi münasibətilə xoş arzularını çatdırıb.

Qobustan qayaüstü təsvirlərinin öyrənilməsində Firuzə Muradovanın müstəsna xidmətləri olduğunu diqqətə çatdıran AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli alimin fəaliyyətinin gənc nəslə örnək olduğunu bildirib.

ArxeologiyaEtnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, tarix elmləri doktoru, professor Vəli Əliyev çıxış edərək Firuzə Muradovanın mənalı səmərəli fəaliyyətindən söz açıblar.

Sonda Firuzə Muradova fəaliyyətinə göstərilən diqqətə görə öz minnətdarlığını ifadə edib.

Firuzə MuradovaQobustan Tunc dövründə”, “Qobustan petroqlifləri”, “Kiçikdaş abidələri” kitablarının, xarici nəşrlərdə yayımlanmış 15 elmi əsərin müəllifidir.

 

Mədəniyyət.- 2019.- 27 noyabr.- S.4.