Şirinin növbəti uğuru

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin VII sinif şagirdi, beynəlxalq və respublika miqyaslı müsabiqələrin laureatı Şirin Əmiraslanova İspaniyanın Barselona şəhərində keçirilən XVI Beynəlxalq Musiqi Festivalında (15-18 noyabr) uğurla iştirak edib.

Müsabiqədə İspaniya, Gürcüstan, Türkiyə, Rusiya, Polşa, Qazaxıstan və başqa ölkələrin nümayəndələri iştirak ediblər. Münsiflər heyətinin üzvü – Bakı Musiqi Akademiyasının prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyevanın məsləhəti ilə Şirin Əmiraslanova Azərbaycanı bu müsabiqədə təmsil edib.

Müsabiqədə 11-13 yaş kateqoriyası üzrə çıxış edən Şirin münsiflərin qərarı ilə I yerə  layiq görülərək laureat adını qazanıb. O, müsabiqədə İ.S.Baxın Si bemol major prelüdiya və fuqası, V.A.Motsartın Re major sonata, F.MendelsonunRondo Capriccio” əsərlərini ifa edib.

Şirinin müəllimi professor Siala Sinamdzqvarişvilidir.

 

Mədəniyyət.- 2019.- 27 noyabr.- S.5.