Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusu

 

 

 

Noyabrın 26-da Abdulla Şaiqin mənzil-muzeyində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadçı Vətənpərvərlər Təşkilatı ilə birgə “Azərbaycan ədəbiyyatında vətənpərvərlik” mövzusunda tədbir keçirilib.

Muzeyin direktoru Ülkər Talıbzadə Abdulla Şaiqin təkcə Azərbaycan ədəbiyyatının klassiki yox, həm də böyük pedaqoq olduğunu vurğulayıb, 1918-ci ildə əsası A.Şaiq tərəfindən qoyulan və yaradıcısının adını daşıyan “Şaiq nümunə məktəbi”nin vaxtilə indiki İqtisad Universitetinin binasında fəaliyyət göstərməsi faktını diqqətə çatdırıb.

UNEC-in prorektoru, Əməkdar müəllim Səadət Qəndilova torpaqlarımızın işğal altında olduğu bir zamanda vətənpərvərlik mövzusunda əsərlərin daha çox yazılmasının vacibliyini qeyd edib.

UNEC-in tələbəsi, İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəyli bu istiqamətdə ali təhsil ocağında həyata keçirilən layihələrdən söz açıb.

Muzeyin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyevanın “Vətənpərvər şair Abdulla Şaiqmövzusunda məruzəsi dinlənilib.

Jurnalist Aida Eyvazlı Aprel (2016) döyüşlərinin iştirakçılarına həsr etdiyi ikicildlik kitabının ərsəyə gəlməsindən danışıb və kitabın bir nüsxəsini UNEC-in ikinci kurs tələbəsi, Aprel döyüşlərinin iştirakçısı İbadət Bədəlova təqdim edib.

UNEC-in Azərbaycan dili kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz İsmayılzadə çıxışında vətənpərvərlik ideyalarının başlanğıcını folklordan götürdüyünü diqqətə çatdırıb.

Sonra universitet tələbələrinin ifasında bədii proqram nümayiş olunubmuzeyin müxtəlif nəşrləri UNEC-in prorektoruna təqdim edilib.

 

Mədəniyyət.- 2019.- 29 noyabr.- S.4.