Daşkənddə Nəsimi günləri

 

 

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) “Nəsimi ili” ilə bağlı silsilə tədbirlər keçirir.

Dekabrın 4-də Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat İnstitutunda “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm” adlı beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbir çərçivəsində mərkəzin sərgi salonunda “Nəsimi yaradıcılığı rəsmlərdə, fotolarda, əlyazmalarda” adlı sərgi açılacaq.

Dekabrın 6-da isə AMM-də “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsi qaliblərinin mükafatlandırılması, habelə “Canımı qıldım fəda...” adlı təntənəli poeziya axşamının keçirilməsi nəzərdə tutulub.

Tədbirdə bu ilin may ayında elan edilmiş şeir müsabiqəsinin Özbəkistan və Azərbaycandan olan qaliblərinə diplommükafatlar təqdim ediləcək.

 

Mədəniyyət.- 2019.- 29 noyabr.- S.8.