Nəsimi irsinin ziyasında söz, sənət və mənəviyyat

 

 

Dahi şairə həsr olunmuş ikinci festival rəngarəng təqdimatlarla yadda qaldı

 

Sentyabrın 28-dən oktyabrın 1-dək ölkəmizdə ikinci dəfə Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçirildi.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan festival Nəsimi poeziyası, mütəfəkkir şairin fəlsəfi ideyalarını söz və sənətlə, müxtəlif incəsənət növlərinin ahəngi vasitəsilə tərənnüm edən rəngarəng layihə və təqdimatlarla yadda qaldı.

Festivalın tədbirləri Bakı ilə yanaşı, Nəsiminin ata yurdu Şamaxıda da gerçəkləşib. Sentyabrın 29-da Şamaxının Meysəri kəndində “Nəsiminin ruhu” heykəl-instalyasiyasının açılışı olub.

Layihənin müəllifi Rəşad Ələkbərov bu əsərin onun üçünçox incə, zərif, yaradıcı təxəyyül tələb edən düşündürücü, həm də çox çətin olduğunu vurğulayaraq, hərtərəfli dəstək üçün əsərin sifarişçisi Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. O, heykəl-instalyasiyanı İmadəddin Nəsiminin “Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam” beytindən ilhamlanaraq yaratdığını qeyd edib.

Mərasimdə festivalın iştirakçısı olanTallinn oğlanları” xoru (Estoniya) çıxış edib.

Həmin gün Meysəri kəndində Mədəniyyət NazirliyininSöz” layihəsi iştirakçılarının dahi mütəfəkkirin yaradıcılığından ilhamlanan şeir axşamı keçirilib.

Burada təşkil olunan muğam konsertifestival iştirakçılarına unudulmaz anlar bəxş edib. Konsertdə Nəsiminin qəzəlləri üstündə muğam parçaları səslənib.

***

Nəsimi festivalı çərçivəsində sentyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində rusiyalı professor Aleksey SitnikovunKarmalogic (Karma məntiqi). Taleyin 54 qanunumövzusunda mühazirəsi keçirilib.

Mühazirəni dinləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Mühazirəsinin əvvəlində Aleksey Sitnikov deyib: “Bu gözəl, öz mədəniyyəti, tarixi, müasirliyi ilə insanı valeh edən Bakı şəhərinə dəvət edildiyimə görə təşəkkürümü bildirirəm. Təəccüblü deyil ki, məhz bu şəhərdə müdrikliyin və sənətin təntənəsini Nəsimi festivalında qeyd edirik. Nəsimi öz həyatı ilə düşüncənin dəyərlərə, dünyagörüşünə, tarixə söykəndiyini sübut edib. Buna görə də bu festivalın təşkilatçılarına heyranlıqla təşəkkür etmək istəyirəm”.

Rusiyalı alim taleyə münasibətdə dini, magik, okkultist, karma, rasionalist modelləri qeyd edib. Hər bir model haqqında ətraflı məlumat verən məruzəçi insan taleyi ilə bağlı bir sıra qanunları diqqətə çatdırıb.

Professor Aleksey Sitnikovun fikrincə, məqsəd insan taleyində mühüm amildir. Əgər insanın məqsədi olmasa, onu başqası idarə edəcək: “Heç bir kurs, mühazirə, kitab insanı lider etmir. İnsanı lider edən həyatdır”.

O daha sonra dinləyicilərin suallarını cavablandırıb.

Moskva Dövlət Universitetinin, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru olan Aleksey Sitnikov 11 monoqrafiya daxil olmaqla, psixologiya, akmelogiya, siyasi elmlər, PR üzrə təcrübi işlərin müəllifi həmmüəllifidir.

***

Nəsimi festivalı çərçivəsində maraqlı musiqi proqramları da təqdim edilib. Sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera orqan musiqisi zalında Estoniyanın “Tallinn oğlanlarıxoru AlmaniyanınHorizontansamblı çıxış edib.

Konsertin tamaşaçıları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub. Konsertdə məşhur bəstəkarlar Kirillus Kreekin, Georg Fridrix Handelin, Volfqanq Amadey Motsartın, Vladimir Vavilov digərlərinin əsərləri səsləndirilib.

 

Mədəniyyət.- 2019.- 2 oktyabr.- S.1-2.