Nəsimi festivalının teatr tamaşaları

 

 

“İztirablı könül”dən “Kosmik məhəbbət”ə qədər

 

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının proqramına paytaxt teatrlarında nümayiş olunan maraqlı səhnə layihələri də daxil idi.

Sentyabrın 30-da Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının səhnəsində Çinin Anhui Əyaləti Huiju Teatrının “İztirablı könül” tamaşası (Azərbaycan dilində subtitrlərlə) təqdim olundu. Tamaşa Vilyam ŞekspirinMakbet” əsərinin motivləri əsasında hazırlanıb.

Huiju Teatrı geniş və dərin Hui mədəniyyətindən əsasını götürmüş Çinin ən qədim teatr formalarından biridir. Huiju operası 400 illik tarixə malikdir. Bu teatr keçmiş ənənələri davam etdirən və gələcək üçün yeni yol açan Çin operalarının inkişafında əhəmiyyətli rol oynayıb. Huiju operasının səhnəsi zəngin, kostyumlar sadə və zövqlüdür. Qərb pyeslərinin adaptasiyası ilə ənənəvi operalar yeni formada canlandırılıb.

Sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Candoco” və “Lost dog” qruplarının birgə hazırladığı “Arqonavtlar” beynəlxalq inklüziv tamaşası və “Candoco” rəqs qrupunun ifasında “Üz-üzə” və “İkimizbilirik” tamaşaları göstərilib.

TamaşalarBritish Council Azerbaijan”ın təşkilatçılığı, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təqdim edilib. Əvvəlcə Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp çıxış edərək bildirib ki, tamaşalar inklüzivlik mövzusuna həsr olunub. Diplomat tamaşaların hər kəsdə xoş ovqat yaradacağını söyləyib.

British Council Azerbaijan”ın direktoru Samr Şah deyib ki, bu, dörd il ərzində Azərbaycan, Böyük Britaniya, UkraynaGürcüstandan əlilliyi olan həvəskar və peşəkar aktyorların ərsəyə gətirdikləri tamaşadır.

Arqonavtlar” tamaşası müxtəlif ölkələrdən olan on nəfər peşəkar və həvəskar, əlilliyi olanolmayan ifaçının bir araya gələrək necə vahid orqanizm kimi çıxış etməsini nümayiş etdirir. Bu peşəkar ifa 2019-cu ilin iyun ayından sentyabradək sənətkarların Kiyevdə olduqları müddətdə hazırlanıb.

Sonra səhnə əsərləri nümayiş etdirilib.

Yasmeen Godderin “Üz-üzə” performansı tamaşaçılarda cəsur və azad rəqslə ifadəsini tapmış, yaxınlıq və dərin xülyalara həsr edilmiş ehtiraslı bir nəğmə təəssüratı yaradıb. Əsərdə urban-hindi musiqisindən geniş şəkildə istifadə olunub.

Xoreoqraf Arlene Fillipsin əsəri olanİkimizbilirik” isə qısa zaman kəsimlərindən ibarət seriya formasında nəql edilən romantik duetdir.

***

Sentyabrın 30-da Gənc Tamaşaçılar Teatrında Kanadanın “Klara Furey” rəqs qrupununCosmic love” tamaşası nümayiş olunub. “Cosmic love”də xoreoqraf Klara Furey işini fiziki təzahürlərin intuitivpoetik təqdimatı ətrafında qurub.

İncəsənət sahəsində rəqs dünyasına daxil olmazdan əvvəl Klara Furey bəstəkar kimi çalışıb. 2011-ci ildən o, istiqamətini xoreoqrafiyaya çevirərək hissi qavrayışın yüksək səviyyədə dərk edilməsi mövzusu ətrafında mərkəzləşən yaradıb. O, daima öz individuallığını incə detallarda təcəssüm etdirərək bədən hərəkətlərinə xüsusi önəm verir.

 

Mədəniyyət.- 2019.- 2 oktyabr.- S.1-2.