VI Beynəlxalq Kitab Sərgi-Yarmarkasının laureatları

 

 

 

Bakı İdman Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə üç gün davam edən VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası naşir, yazar və tərcüməçilər, kitabxanaçı və oxucular üçün əsl bayrama çevrildi.

Sərgi-yarmarka çərçivəsində çoxsaylı tədbirlər, kitab təqdimatları və müəlliflərlə görüşlər keçirildi. Sonda nəşriyyat, poliqrafiya müəssisəsi, kitabxana və digər qurumlara VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştiraka görə diplomlar təqdim edilib.

Təşkilat komitəsinin qərarına əsasən, sərgidə xüsusi stendi və fəaliyyətinə görə  seçilən “Teas Press” nəşriyyatı “Ən yaxşı nəşriyyat” mükafatı ilə təltif edilib.

Şərəf Cəlillininin “Seyid İmadəddin Nəsimi: həqq idi, həqqi dedi, həq söylədi” kitabı isə “Ən yaxşı nəşr” mükafatına layiq görülüb.

 

Mədəniyyət.- 2019.- 2 oktyabr.- S.3.