“Səmimi dialoqlar

 

 

Sentyabrın 29-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Nəsimi festivalı çərçivəsində “Səmimi dialoqlar” adlı beynəlxalq musiqi layihəsi təqdim olunub.

Konsertdə tanınmış azərbaycanlı cazmen, Xalq artisti Salman Qəmbərov, serpent (qədim nəfəsli musiqi aləti) ifaçısı Mişel Qodar (Fransa), alman müğənni Marqrit Buhberger (barokko üslubunda repertuar) və şen (dodaqla ifa edilən orqan aləti) ifaçısı Vu Vey (Çin) çıxış ediblər.

Konsert tamaşaçılara sənət zövqü bəxş edibmaraqla qarşılanıb.

 

Mədəniyyət.- 2019.- 2 oktyabr.- S.3.