Yarmarkada Cənubi Azərbaycan ədəbi irsiictimai fikrindən də söz açıldı

 

 

 

Sərgi-yarmarkada gerçəkləşən maraqlı tədbirlərdən biri “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi tərəfindən təşkil edilən “Cənubi Azərbaycan ədəbi-bədii irsiictimai fikrimövzusunda görüş oldu.

Tədbirdə çıxış edən AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycan şöbəsinin müdiri, dosent Səməd Bayramzadə sərgi-yarmarkanın əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Cənubi Azərbaycan yazıçılarının həmvətənlərimizə tanıdılmasında bu sərginin mühüm rolu var. AMEA-nın Şərqşünaslıq İnstitutu fəaliyyət göstərdiyi illər ərzində Cənubi Azərbaycanın problemləri əsasən İran tarixi və iqtisadiyyatı şöbəsi daxilində öyrənilib. Cənubi Azərbaycan tarixinin müxtəlif problemlərinin ardıcıl, sistemli və əsaslı şəkildə araşdırılması və tədqiq edilməsinin nəticəsi olaraq 1828-1917-ci illəri əhatə edən bir sıra kitablar işıq üzü görüb.

İnstitutun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi Əkrəm Rəhimli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Pərvanə Məmmədli İranlı Mühacirlər Cəmiyyətinin sərgi-yarmarkada iştirakını yüksək qiymətləndirdilər. Vurğulandı ki, təqdim olunan kitablar son 50 ildə Cənubi Azərbaycan haqqında yazılmış əsərlərdir.

Qeyd edək ki, İranlı Mühacirlər Cəmiyyəti 1947-ci ildə yaradılıb. Cəmiyyətin üzvləri əsasən 1945-ci ildə Təbrizdə Milli Hökumət quranonun süqutundan sonra Şimali Azərbaycana mühacirət edən milli hərəkat iştirakçılarının nümayəndələri və onların övladlarından ibarətdir.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 2 oktyabr.- S.5.