Türkiyə arxivlərindəki Azərbaycan tarixi

 

 

 

Oktyabrın 8-də Milli İncəsənət Muzeyində “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqları münasibətləri” adlı sərgi açılacaq.

Sərgi Mədəniyyət Nazirliyi, Türkiyənin Dövlət Arxivləri Baş İdarəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli İncəsənət Muzeyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşəbbüsü ilə təşkil edilib.

Layihə Türkiyə arxivlərində Osmanlı imperatorluğu ilə Azərbaycan xanlıqları arasında mövcud olan münasibətlərin, siyasi məktublaşmaların, səfirliklərə olunan hədiyyə təqdimatlarının yer aldığı rəsmi sənədləri ictimaiyyətə təqdim etmək məqsədi daşıyır.

Sərgidə Osmanlı dövləti və Azərbaycan xanlıqları arasında məktub, əmr, fərman və hədiyyə təqdimatlarının yer aldığı 29 rəsmi sənədin surəti təqdim ediləcək.

Milli İncəsənət Muzeyində “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqları münasibətləri” sərgisi 13 oktyabr tarixinədək davam edəcək.

 

Mədəniyyət.- 2019.- 4 oktyabr.- S.1.