Kinooperator Rafiq Quliyev Moskvada medala layiq görülüb

 

 

 

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Kino televiziya sənətləri kafedrasının müdiri, professor Rafiq Quliyev Moskvada işgüzar səfərdə olub.

Tanınmış kinooperator Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) 100 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak edib. Tədbirdə dünyanın ilk kino məktəbinin məzunlarına yubileylə bağlı xatirə medalı təqdim olunub. Mükafatlandırılanlar arasında professor Rafiq Quliyevolub. Xatırladaq ki, Rafiq Quliyev 1987-ci ildə ÜDKİ-nin Kinooperatorluq fakültəsini fərqlənmə ilə bitirib.

 

Mədəniyyət.- 2019.- 4 oktyabr.- S.4.