Zamanuşaq musiqisimövzusunda elmi-praktik konfrans

 

 

Oktyabrın 1-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Zamanuşaq musiqisimövzusunda elmi-praktik konfrans keçirildi. Konfrans ittifaqın 85 illik yubileyinə həsr olunmuşdu.

Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə uşaq musiqisi sahəsində problemlərdən söz açdı. Bildirdi ki, son illərdə uşaq musiqisinin inkişafı sahəsində bir sıra layihələr həyata keçirilib. Bu istiqamətdə atılan addımlar uşaqlarda musiqi zövqünün formalaşmasına müsbət təsir göstərir.

ABİ-nin Uşaq musiqisi və gənclərin musiqi-estetik tərbiyəsi bölməsinin sədri, Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva “Uşaq musiqisinin aktual problemləri” mövzusunda məruzə ilə çıxış etdi. Qeyd edildi ki, görkəmli bəstəkarlarımızdan bir çoxu uşaq musiqisinə müraciət edərək gözəl nümunələr yaradıb. Həmin əsərlər kifayət qədər populyarlıq qazanıb. Hazırda ayrı-ayrı bəstəkarlarımız tərəfindən bu ənənələr davam etdirilir.

Tədbirdə Əməkdar incəsənət xadimi Mehriban Əhmədovanın “XX-XXI əsrlərin kəsişməsində bəstəkar yaradıcılığında Azərbaycan uşaq mahnısı” (rus dilində) kitabının təqdimatı da oldu. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) kafedra müdiri, Əməkdar müəllim Ülviyyə İmanova dərs vəsaiti haqqında məlumat verdi.

Daha sonra BMA-nın professoru, Əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın “Bəstəkar Sevda İbrahimovanın yaradıcılığında musiqi təhsilinə yanaşma üsulları” mövzusunda məruzəsi dinlənildi.

Konfransın sonunda Azərbaycan Televiziyası və Radiosunun Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xoru, BMA-nın professoru Fəridə Əhmədbəyova və pianoçu Günel Qocayevanın ifasında bəstəkar Zabitə Məmmədovanın uşaq mahnıları (“Rəssam olacağam mən”, “Çəpişim”) səsləndi.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 4 oktyabr.- S.5.