Folklor festivalının seçim mərhələsi

 

 

 

Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə sentyabr-oktyabr aylarında ölkəmizin şəhər və rayonlarında Ənənəvi  Respublika Folklor Festivalının seçim mərhələsi keçirilir.

Festivalın ilk seçim mərhələsi 26 sentyabrda Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən Muğam Mərkəzində təşkil edilib. Rayon İcra Hakimiyyəti tərəfindən də təşkilati dəstək göstərilən seçim mərhələsində Ağcabədi, Bərdə, Kürdəmir və Sabirabad regional mədəniyyət idarələrinin folklor kollektivləri iştirak edib.

Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam, Ağcabədi və Laçın rayonları üzrə  “Bayatı”, “Sarı Aşıq”, “Qarabağfolklor, “Səma”, “Turacı”, “İgidlər” rəqs qrupları rəqs, aşıq musiqisi nümunələri ifa ediblər.

Bərdə Regional Mədəniyyət İdarəsinin Bərdə, Yevlax, Mingəçevir və Tərtər rayonları üzrə “Qaravəlli”, “Haxışta”, “Qarabağ qızları”, “El yallısı”, “Banu” və s. rəqs və folklor qruplarının çıxışı da maraqla qarşılanıb.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan və Füzuli rayonları üzrə “Mərkəz”, “Yaylalar” qrupları, Sabirabad Regional Mədəniyyət İdarəsinin Sabirabad və Saatlı rayonları üzrə “Cəngavər” pəhləvanlar qrupu, “Adıgün” türk folklor kollektiviöz bacarıqlarını nümayiş etdiriblər.

Münsiflər heyəti tərəfindən seçiləcək kollektivlər noyabr ayında Bakıda keçirilməsi planlaşdırılan final mərhələsinə dəvət ediləcəklər.

 

Mədəniyyət.- 2019.- 4 oktyabr.- S.5.