Qaragözün Bakı sərgüzəştləri

    

 

 

Mütəmadi olaraq müxtəlif ölkələrdən sənət kollektivlərini qonaq edən, fərqli incəsənət sahələri təmsilçilərinə özlərini nümayiş imkanı verən Bakıda daha bir teatr öz səhnə performansını göstərdi.

Bu dəfə Türkiyənin məşhur “Qaragöz və Hacıvat” kukla oyunu fərqli təqdimat və heyətdə nümayiş olundu. Nümayiş oktyabrın 1-də Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Kukla Teatrında gerçəkləşdi.

Azyaşlı tamaşaçıları güldürmək, əyləndirməklə yanaşı, düşündürmək, onlara vacib mövzuya sənət, yaradıcılıq vasitəsilə baxmaq imkanı verən tamaşaSirli ağac” adlanırdı. Təbiətə bağlılıq, qayğı ideyası üzərində qurulan bu oyun hələ Osmanlı zamanında oynanılsa da, bu günmaraq doğurur. Təbii ki, bunun da başlıca səbəbi oyunun müasir zamanadövrün qavrama meyarlarına uyğunlaşdırılması idi.

Tamaşadan sonra təəssüratlarını bizimlə bölüşən “Qaragöz-Hacıvat teatrı” idarə heyətinin başçısı Enis Ergün səfərdən məmnunluqla danışdı. Dünyanın müxtəlif ölkələrində nümayiş etdirilən və daim maraqla qarşılanan teatrın bakılı azyaşlılara xoş anlar yaşatmasına sevindiyini dedi: “Kukla teatrı sənətinin zəngin tarixi olan ölkədə aktyor və tamaşaçılar qarşısında çıxış etmək məsuliyyətli və xoşdur. Bildiyiniz kimi, “Qaragöz” kökləri Çinə qədər gedib çıxan ənənəvi kölgə oyunudur. Sadəcə Türkiyədə deyil, dünyanın bir çox ölkələrində fərqli versiyalarının olduğu oyundur. Tamaşamıza gəlincə, bu, təbiətlə, onu qorumaq və sevməklə bağlı bir oyundur. İzləyicilərə bir çox fərqli din və irqə mənsub insanların mehriban, dost münasibəti şəraitində bir dünyanı bölüşə bilməsini göstərməyə çalışdıq”.

Tamaşanın mətn və quruluş müəllifi, həmçinin səhnə tərtibatçısı olan müsahibim Türkiyədə Qaragöz teatrı sənətçilərinin çox olduğunu və onların mərkəzləşmiş qaydada birləşdiklərini, istər müvafiq məkan, istərsə də səyyar şəkildə fəaliyyət göstərdiklərini dedi. Rəhbəri olduğu teatrın Türkiyədə və onun hüdudlarından kənarda, beynəlxalq festivallarda mütəmadi çıxış etdiyinidaim maraqla qarşılandıqlarını vurğuladı.

Həmsöhbətim teatrın repertuar siyasəti, məhdud məkan çərçivəsində ifadə çətinliklərindən, ümumilikdə Qaragöz kukla sənətinin özəlliklərindən də bəhs etdi: “Bu gün bu sənəti yaşatmaqmüasir texnologiyaların diktə etdiyi bir dövrdə sevdirmək çətindir. Təbii ki, biz tamaşaçı qrupumuzaonlarda oyada biləcəyi təsirə görə mövzular üzərində xeyli işləyirik. Hekayələrimizin ifadə forması, müddəti və mətni də dəyişir. Kölgə elementlərinin bütün imkanlarından istifadə edərək uşaqların diqqətini cəlb etməyə çalışırıq. Biz oyunlarda xarakter müxtəlifliyini də tətbiq etmək və bununla tamaşaçını yormamağa çalışırıq.

Əsasən interaktiv, tamaşaçı ilə birbaşa ünsiyyətdə olan bu janrın bir üstünlüyü də məhz qeyd etdiyim məqamdadır. Sən pərdə arxasından zalı, tamaşaçı qrupunuonun maraq istiqamətini bir-iki ştrixdən tuta biliro məqam üzərindən irəliləyirsən. İlk 5-10 dəqiqədən sonra isə müvafiq mövzunun tələb etdiyi oyununu nümayiş etdirirsən”.

Sənətçi ilə xalq teatrı üslubunun çağdaş animasiya ilə rəqabətdə imkanlarından da danışdıq. Bu xüsusda nikbin olan həmsöhbətim əsl sənətin yaşaması üçün hər zaman köklü səbəblərin olduğunu düşünür: “Əslində, bu gün sənətlə texnologiyanın yarışı labüddür. Amma istifadə texnikası olaraq kölgə teatrının da üstünlüyü bundadır. Uşaq səhnə, kölgədəki teatrı kino kimi izləyə, ona müdaxilə, reaksiya verə, hətta ona qoşula və dəyişə bilir. Düzdür, Qaragöz teatrının əsas xüsusiyyəti məhz tamaşaçı ilə ünsiyyətdir. Amma biz son zamanlar bunu daha da artırmışıq. Təbii ki, bu da məhz tamaşaçını cəlb etmək, oyunun içinə çəkmək cəhdimizin nəticəsidir”.

 

Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2019.- 4 oktyabr.- S.1;5.