Şamaxıda Nəsimi poeziya axşamı

 

 

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM), Şamaxı Rayon İcra Hakimiyyəti və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə Şamaxıda “Mədəniyyət həftəsi” keçirilib.

Həftə çərçivəsində rəsm sərgisi və poeziya axşamı təşkil olunub.

Doğma diyar” adlı rəsm sərgisi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında respublika uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin, rəsm qalereyaları əməkdaşlarının iştirakı ilə gerçəkləşib.

Çün Nəsimi aləmin sultanıdır, Dövr anın, dövran anın dövranıdır” adlı poeziya axşamı da Şamaxı Astrofizika Rəsədxanasında keçirilib. Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Nəsimi irsi haqqında söhbət açıb. Sonra iştirakçılar Nəsiminin şeir, qəzəl və rübailərini səsləndiriblər.

Tədbirdən sonra “Mədəniyyət həftəsi”nə həsr olunmuş brifinq keçirilib. MEMİM-in direktoru Asif Usubəliyev layihə ilə bağlı telekanalların və xəbər portallarının nümayəndələrinin suallarını cavablandırıb.

 

Mədəniyyət.- 2019.- 9 oktyabr.- S.2.