“İpək Yolları gənclərin gözü ilə”

 

 

 

UNESCO tərəfindən “İpək Yolları gənclərin gözü ilə” adlı ikinci fotomüsabiqə keçirilir. 19 sentyabr 2019-cu il tarixindən işlərin təqdim edilməsi üçün açıq elan olunan  müsabiqə 6 yanvar 2020-ci ildə başa çatacaq.

Müsabiqədə 14-25 yaş arasında olan gənc qız və oğlanlar iştirak edə bilər və təqdim edən fotoşəkillər təklif olunan 3 mövzudan birinə uyğun olmalıdır:

İpək Yollarında qastronomiyaqida istehsalı;

İpək Yollarında ənənəvi idman növləri və oyunlar;

İpək Yollarında musiqi rəqs.

Müsabiqənin internet səhifəsi: https://unescosilkroadphotocontest.org

Müsabiqə ruhunu ən yaxşı şəkildə əks etdirən fotoşəkillərın səyyar sərgisi müxtəlif ölkələrdə nümayiş etdiriləcək fotoşəkillər peşəkar fotoalbomda nəşr olunacaq.

2018-ci ilin sərgisi bu vaxta qədər Çin, Oman, Türkmənistan, Əfqanıstan, Rusiya, Azərbaycan (5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu zamanı), Türkiyə və UNESCO-nun baş qərargahının yerləşdiyi Parisdə nümayiş etdirilib.

 

Mədəniyyət.- 2019.- 9 oktyabr.- S.5.