Milli nəfəs alətlərinin təbliğinə töhfə

 

 

Ölkəmizdə ilk dəfə keçirilən Milli nəfəs alətləri festivalı haqqında qəzetimizin  ötən sayında məlumat vermişdik. Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının layihəsi əsasında Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM), AMEA-nın Folklor İnstitutu, Beynəlxalq Muğam Mərkəzi və Milli Konservatoriyanın təşkilatçılığı ilə gerçəkləşən festivalın ilk günündə (3 oktyabr) “Azərbaycan milli nəfəs alətlərinin təbliği və tədqiqi” mövzusunda elmi-praktik konfrans keçirildi.

Həmin gün axşam Beynəlxalq Muğam Mərkəzində (BMM) festivalın açılış mərasimi oldu.

Layihənin bədii rəhbəri – “Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımov ölkəmizdə keçirilən irimiqyaslı mədəniyyət tədbirlərindən söz açdı. Bildirdi ki, milli nəfəs alətlərinin professional musiqiyə daxil olmasında xalq sənətkarlarının da böyük xidmətləri olub. Bəstəkarlarımızın yaradıcılığında da milli nəfəs alətlərinə geniş yer verilib. Hazırda milli nəfəs alətlərimizin repertuarı kifayət qədər geniş və müxtəlifdir. Bu alətlərin tədrisi də yüksək səviyyəli peşəkarlar tərəfindən həyata keçirilir. Bu festival milli musiqi alətlərinə olan diqqət və marağı artırmağa kömək edəcək.

Çıxışlardan sonra festivalın ilk konsert proqramı təqdim olundu. Proqramda Əməkdar artist İlham Nəcəfovun bədii rəhbəri olduğuYeni nəfəsqrupu çıxış etdi. Milli nəfəs alətlərindən ibarət ansamblın ifasında Azərbaycan Avropa bəstəkarlarının əsərləri səsləndirildi.

Festivalın ikinci günü (4 oktyabr) Milli Konservatoriyada Azərbaycan Televiziyası Radiosunun Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin konserti keçirildi. Konsert Mustafa Aşurovun dirijorluğu ilə reallaşdı. Proqramda Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Süleyman Ələsgərov, Ramiz Mirişli başqa bəstəkarların əsərləri səsləndirildi.

Oktyabrın 5-də Milli Konservatoriyada bu dəfə milli nəfəs alətləri ifaçılarının solo konserti təşkil olundu. Konsertdə həm tanınmış ifaçılar, həm musiqi məktəblərinin əlaçı şagirdləri çıxış etdi.

Festivalın bağlanış mərasimi oktyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində gerçəkləşdi. Milli nəfəs alətlərimizdə Azərbaycan bəstəkarlarının əsərləri ifa olundu.

Beləliklə, musiqi mədəniyyətimizin ayrılmaz parçası olan milli nəfəs alətlərinə həsr edilən ilk festival uğurla yekunlaşdı.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2019.- 9 oktyabr.- S.5.