Dilçilik sahəsində ikitərəfli əlaqələrə yeni imkan

 

 

 

“Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğətin təqdimatı

 

Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə nəşr olunmuş “Azərbaycanca–özbəkcə, özbəkcə–azərbaycanca” lüğətinin təqdimatı keçirilib.

Universitetin prorektoru, professor Abdulxay Sadırov layihənin uğurla həyata keçirilməsinə görə AMM-ə təşəkkürünü bildirib, ilk dəfə olaraq tərtib edilən lüğətin əhəmiyyətindən danışıb.

AMM-in direktoru Samir Abbasov Azərbaycan dilinin təbliği məqsədilə görülən  işlərdən bəhs edib, 2014-cü ildə mərkəzin layihəsi ilə “Azərbaycan-özbək, özbək-Azərbaycan” danışıq kitabçasının tərtib edildiyini də diqqətə çatdırıb.

Özbəkistan Elmlər Akademiyası Dil, Ədəbiyyat və Folklor İnstitutunun direktoru, professor Nizaməddin Mahmudov iki ölkənin dilçilik sahəsində mütəxəssislərinin  səyi ilə ərsəyə gətirilən lüğətdə 23 mindən çox söz və ifadənin qarşılıqlı tərcümələrinin öz əksini tapdığını vurğulayaraq nəşrin əhəmiyyətini qeyd edib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, alim və tərcüməçi, nəşrin Özbəkistan tərəfdən həmmüəlliflərindən Babaxan Şərif lüğətin dilçilik sahəsində ikitərəfli əlaqələrə yeni imkanlar açdığını bildiriblər.

Tədbirdə universitet tələbələrinin ifasında iki xalqın tarixi dostluğuana dili haqqında ədəbi-bədii kompozisiya təqdim edilib.

Qeyd edək ki, “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik, Özbəkistan Milli Elmlər Akademiyasının Ədəbiyyat, DilFolklor institutları elmi şuralarının qərarları ilə nəşr olunub.

 

Mədəniyyət.- 2019.- 9 oktyabr.- S.4.