Heydər Əliyev Sarayında unudulmaz müğənninin xatirə gecəsi

 

 

 

Noyabrın 16-da Heydər Əliyev Sarayında görkəmli sənətkar, unudulmaz müğənni, Xalq artisti Şövkət Ələkbərovanın xatirə gecəsi keçiriləcək.

Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Məlahətli səsi ilə Azərbaycan musiqisini dünyanın bir sıra ölkələrində tanıdıb. Bülbül adına Orta ixtisas musiqi məktəbində dərs deyib. 1993-cü ilin 7 fevralında vəfat edib.

Gecədə vaxtilə Şövkət Ələkbərovanın repertuarında yer almış xalq və bəstəkar mahnıları tanınmış müğənnilərin ifasında səsləndiriləcək.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

 

Mədəniyyət.- 2019.- 9 oktyabr.- S.8.