M.A.P. Beynəlxalq Teatr Festivalı başlandı

 

 

Oktyabrın 10-da “YARAT” Müasir İncəsənət Məkanında 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalının açılış mərasimi olub. Oktyabrın 20-dək davam edəcək festival “YARAT” Müasir İncəsənət MəkanınınBakcellşirkəti ilə tərəfdaşlığı çərçivəsində reallaşır.

“YARAT” Müasir İncəsənət Mərkəzinin bədii direktoru Suad Qarayeva-Maleki festival barədə məlumat verib. Bildirib ki, M.A.P. Festivalı (Music, Art, Performance) tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş spektrini araşdırmağa kömək etmək məqsədilə, teatr sənətinin fərqli formalarını bir araya gətirən ünsiyyət, təhsil, bilik təcrübə mübadiləsi platformasıdır.

Əvvəlki iki buraxılışda olduğu kimi, bu dəfə festival şəhərin əsas teatr səhnələrini əhatə edəcək auditoriyanı son bir neçə ildə rəğbət qazanmış ən maraqlı tamaşalarla tanış edəcək. Proqrama dram, müasir rəqslər, fiziki teatr kukla tamaşalarından tutmuş klounada sirk elementlərinə malik musiqili səhnə əsərlərinə qədər ən müxtəlif janr istiqamətləri təmsil edən 9 ölkədən 18 tamaşa daxildir.

Bu il festivalda Y.Vaxtanqov adına Dövlət Akademik Teatrı (Rusiya), “AXE” Mühəndis Teatrı (Rusiya), “Priyut komediantaTeatrı (Rusiya), “Kukolniy domTeatrı (Rusiya), Yeni Riqa Teatrı (Latviya), Akademik Malıy Dram TeatrıAvropa Teatrı (Rusiya), Devid Espinoza Kukla Teatrı (İspaniya), “OLE!” kollektivi (İspaniya / Böyük Britaniya), “WHS” Teatrı (Finlandiya), “Kibbutz” müasir Rəqs kollektivi (İsrail), “SardegnaTeatrı (İtaliya), “AtelyeTeatrı (Rusiya), “Puppet Cinema” kollektivi (İsrail) Recirquelşirkəti (Macarıstan) iştirak edəcək.

Bakcell”in baş icraçı direktoru Rainer Rathgeber qeyd edib ki, şirkət üçüncü ildir ki, bu festivalın baş sponsoru əsas tərəfdaşıdır. BakcellAzərbaycanda mədəniyyətin incəsənətin inkişafına töhfə vermək üçün bundan sonra da bu təşəbbüsləri dəstəkləməyə hazırdır.

Festivalın bədii direktoru Kamran Şahmərdan bildirib ki, festival onun rejissoru olduğu “Dəli yığıncağı” tamaşası ilə açılacaq. Qeyd olunub ki, M.A.P. festivalı həmişəki kimi gənc aktyorlar, rejissorlar və dramaturqların biliklərini paylaşdığı və daha təcrübəli həmkarlarının təcrübəsindən öyrəndiyi platformadır: “Biz teatr aləminin müasir tendensiyalarını nəzərə alaraq Azərbaycan tamaşaçısını yeni ideyalarla təəccübləndirmək və onlara müxtəlif teatr növləri arasında seçim etmək imkanı vermək arzusundayıq”.

Mədəniyyət.- 2019.- 11 oktyabr.- S.1;3.