Türkiyədə Nəsiminin 650 illiyi ilə bağlı tədbirlər

 

 

 

Azərbaycanın dahi şair və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi qardaş Türkiyədə də qeyd olunur. Oktyabrın 18-19-da Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Kocaeli şəhərində tədbirlər keçiriləcək.

Tədbirlər Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Federasiyanın sədri Bilal Dündar bildirib ki, Kocaeli Universitetində keçiriləcək tədbirdə nəsimişünas alimlər, ədəbiyyatşünaslar çıxış edəcək, burada təhsil alan müxtəlif ölkələrin tələbələrinə Nəsimi irsi barədə məlumat veriləcək. Bundan başqa, yerli televiziyada türkiyəli alimlər Nəsiminin ideyalarından söz açacaqlar.

 

Mədəniyyət.- 2019.- 11 oktyabr.- S.8.