Xarici yazarlar Respublika Uşaq Kitabxanasında

 

 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında əcnəbi azərbaycanlı uşaq yazıçılarının iştirakı iləBizi birləşdirən uşaqlara olan sevgidiradlı görüş keçirilib.

Tədbirin qonaqlarıBeynəlxalq Uşaq Kitabı Şurası (İnternational Board on Books for Young People – İBBY) Amerika bölməsinin üzvü Meqan Seyris (Meghan Sayres) Böyük Britaniyanın uşaq yazıçısı, İBBY–nin üzvü Jamila Geyvin (Jamila Gavin) ilk öncə kitab sərgisi kitabxana ilə tanış olublar.

Görüşdə ölkəmizin uşaq yazıçılarından Zahid Xəlil, Sevinc Nuruqızı, Solmaz Amanova, Elvira Məmmədli, Aygün Bünyadzadə, Qəşəm İsabəyli, İnqilab İsaq, Rafiq Yusifoğlu Reyhan Yusifqızı iştirak ediblər.

Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova qonaqları kitabxanada görməkdən məmnun olduğunu bu görüşün yazıçılar arasında yeni əlaqələrə töhfəsini verəcəyini deyib.

Görüşdə hər iki xarici yazar haqqında hazırlanmış slayd-şou, Bülbül adına Orta ixtisas musiqi məktəbi şagirdlərinin ifasında milli musiqi nömrələri təqdim olunub.

Yazıçılar arasında uşaq ədəbiyyatı ilə bağlı fikir mübadiləsi aparılıb. Qonaqlar  Azərbaycan mədəniyyətinin, ədəbiyyatının zənginliyini vurğulayıblar.

 

Mədəbiyyət.-2019.- 16 oktyabr.- S.3.