Respublika müsabiqələrinin region üzrə qalibləri təltif olunub

 

 

Xaçmaz Regional Mədəniyyət İdarəsində Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının və gənc pianoçuların IV Respublika müsabiqəsinin region üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Regional idarənin rəisi Nazim Ağayev çıxış edərək ölkəmizdə musiqi təhsilinin inkişafından, müsabiqənin əhəmiyyətindən, milli musiqi alətlərinin təbliğindən söz açıb, müsabiqədə uğur qazanan iştirakçıları təbrik edib, onlara daha böyük nailiyyətlər əldə etməyi arzulayıb.

Sonda qaliblərə Mədəniyyət Nazirliyinin diplom, fəxri fərman və hədiyyələri təqdim edilib.

Qeyd edək ki, keçirilən müsabiqələrdə region üzrə 3-ü müəllim və 18-i şagird olmaqla, ümumilikdə 21 nəfər uğur qazanıb.

 

Mədəbiyyət.-2019.- 16 oktyabr.- S.4.