Mədəniyyət naziri Bakı şəhərində vətəndaşları qəbul edib

 

Oktyabrın 14-də Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Bakı Şəhər Mədəniyyət Baş İdarəsində vətəndaşların növbəti qəbulu keçirilib. Görüşdə vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilib.

Qəbula yazılmış vətəndaşlar mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, musiqi və incəsənət məktəblərinin, teatrların fəaliyyəti ilə bağlı məsələləri diqqətə çatdırıblar. Həmçinin fəxri adların verilməsi, təhsil, işlə təmin olunma və digər məsələlərlə bağlı xahiş və müraciətlərə baxılıb.

Müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb.

Nazir Əbülfəs Qarayev qəbul zamanı qaldırılan bir sıra məsələlərlə əlaqədar lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verib.

 

Mədəbiyyət.-2019.- 16 oktyabr.- S.4.