Muzey işi üzrə metodiki vəsait

 

 

 

TÜRKSOY ölkələrinə göndəriləcək

 

Beynəlxalq Türk Akademiyası (TWESCO) və Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində “Muzey fondlarında əlyazmaların qorunması işlərinin əsas istiqamətləri” adlı ilk birgə metodiki vəsait işıq üzü görüb.

MEMİM-in metodisti Sevinc Qasımovanın müəllifli olduğu metodiki tövsiyə muzeylərdə əlyazmaların saxlanmaqorunma şəraitləri, temperatur, işıq, bioloji rejimləri və digər vəziyyətləri əhatə edir. Vəsait türkingilis dillərinə tərcümə olunacaqTÜRKSOY-a üzv ölkələrə istifadə etmək üçün göndəriləcək.

Xatırladaq ki, 2017-ci ildə Qazaxıstanın Astana şəhərində türkdilli ölkələrin Humanitar elmlər üzrə II Beynəlxalq Forumu çərçivəsində Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev tərəfindən əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda müxtəlif səpkili birgə tədbirlərin təşkili ilə yanaşı, tərəflərin qarşılıqlı informasiya dəstəyinin göstərilməsi və metodiki vəsaitlərin hazırlanması da nəzərdə tutulub.

 

Mədəniyyət.- 2019.- 18 oktyabr.- S.7.