Yazıçı-dramaturqun 60 illik yubileyi keçirilib

 

 

 

Oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində tanınmış yazıçı, kinodramaturq Əmir Pəhləvanın anadan olmasının 60 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

Tədbirin aparıcısı professor İlham Rəhimli dramaturqun həyat yaradıcılığından söz açıb. Bildirib ki, yubilyar 70 kitabın, 20-dək filmin ssenari müəllifidir. Onun əsərləri əsasında çəkilənFransız”, “Qarabağ şikəstəsi”, “Bakı nefti Nobellər s. filmlər müxtəlif festivalların mükafatlarını qazanıb. Yazıçı-dramaturqun kitabları ABŞ,Türkiyə, Rusiya Ukraynada çap olunub.

Sonra Ukrayna Yazıçılar İttifaqının sədri Mixael Sidorjevski, Rusiya Yazıçılar İttifaqının katibi Lidiya Dovıdenko başqalarının yubilyarın ünvanına göndərdikləri təbrik teleqramları oxunub.

Akademik Nizami Cəfərov, Xalq şairi Vahid Əziz, ədəbiyyatşünas alim Qurban Bayramov dramaturqun yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Yubiley gecəsi konsert proqramı ilə davam edib. Proqramda xalq artistləri Zabit Nəbizadə, Gülyaz Məmmədova, Əməkdar artist Gülüstan Əliyeva, Əməkdar artist, bədii qiraət ustası Azad Şükürov gənc müğənnilər çıxış ediblər.

Sonda yubilyar çıxış edərək təşkilatçılara və qonaqlara təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2019.- 18 oktyabr.- S.4.