Onun həyat filmi

 

Şamil Mahmudbəyov yad edildi

 

 

 

Uğurlu-uğursuz, bədbəxt-xoşbəxt, aqil-cahil, nikbin-bədbin... kimi əksləşmələrdə keçir ömür.

Beləcə, ya kimlərinsə yaddaşında yaxşı adam kimi qalmaq üçün özündən xərcləyirsən, ya da içindəki eqoya külli-kainatı qurban verib yaşayırsan. Nəhayətdə onsuz da unudulmursan. Axı insan unudulmamaq üçün yaşayır...

Bir başqalarının elədiyi pisliyə eynilə cavab verməyib, elə hey yaxşı adam olmaq istəyənlər var. Bax o adamları yad edən hər kəs gözəl söz xatirələrinin sonundaheyf səndən...” deyə köks ötürür.

Bu günlərdə (11 oktyabr) Dövlət Film Fondunun keçirdiyi xatirə gecəsinə toplaşanlar da onu məhz belə xatırladılar. Çünki o təkcə yaxşı insan, bütöv xarakterli şəxsiyyət, mərdliyini qalxan edən repressiya damğalı bəyzadə yox, həm istedadlı rejissor, yüksək peşəkarlığı ilə seçilən kino xadimi idi...

Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, görkəmli kinorejissor Şamil Mahmudbəyovun anadan olmasının 95 illiyinə həsr edilmiş xatirə gecəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Dövlət Film Fondu tərəfindən təşkil edilmişdi.

Tədbir iştirakçıları əvvəlcə kinorejissorun ömür səhifələrinin əks olunduğu videoçarxı izlədilər.

Kino tarixçisi, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, rejissor, Əməkdar artist Elxan Qasımov, Əməkdar incəsənət xadimi, kinooperator, rejissor Nizami Abbas başqaları çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşdülər.

Rusiyada peşəkar kinorejissor təhsili alan, şəcərəsindən gələn milli təəssübkeşliyi müxtəlif formalarda kino nümunələrindən keçirən, məhz bu xüsusiyyətinə görə təzyiqləri daim hiss edən nikbin adamı sevgi ilə xatırladılar. Gördüyü haqsızlıqlara rəğmən heç vaxt sənətindən küsüb bezməyən fədakar insanın kino tariximizdə silinməz izini dönə-dönə qeyd etdilər.

Onun peşəkar rejissor kimi filmlərə gətirdiyi yeniliklərdən, aktyorlarla işindən, filmin texniki həllindəki ustalığından, insan, dost, həmkar kimi əngin xüsusiyyətlərindən danışdılar. Gah kövrəldilər, gah gülümsədilər. Şamil Mahmudbəyovu özü kimi, layiq olduğu qədərində səmimiyyət sevgi ilə xatırladılar.

Milli kinomuzun canlı ensiklopediyası Aydın Kazımzadə rejissorun həyat tarixçəsinə geniş nəzər saldı. Hələ ömrünün ilk illərindən onu təqib edən kədər əzablardan bəhs etdi, rejissor kimi ekran həyatı verdiyi filmlərindən söz açdı.

Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub, görkəmli rejissor S.Gerasimovun aktrisa T.Makarovanın kursunda təhsil almasından, 1954-cü ildən Bakı kinostudiyasında (Cəfər Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında) rejissor vəzifəsində çalışmasınadək keçən dövrü analiz etdi.

Bildirdi ki, bir neçə il rejissor assistenti 2-ci rejissor kimi çalışan Ş.Mahmudbəyovun kinoda ilk işi 1960-cı ildə çəkdiyiƏyri yolla qazancadlı qısametrajlı film olub: “Sonrakı illərdə o, “Romeo mənim qonşumdurlirik komediyasını, “Qaraca qızkinonovellasını, müxtəlif janrlara aid “Torpaq. Dəniz. Od. Səma”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Dörd bazar günü”, “Dərviş Parisi partladır” (K.Rüstəmbəyovla birlikdə), “Bayquş gələndə”, “Od içində”, “Tənha narın nağılı” (H.Turabovla birlikdə) başqa filmləri çəkib”.

Çıxışlarda rejissorun 1969-cu ildə ekranlaşdırdığıŞərikli çörəkfilminin ona böyük şöhrət qazandırdığı vurğulandı. Elxan Qasımov rejissora bu filmin Böyük Vətən müharibəsindən sonrakı ilk illərdə Bakı bakılılar haqqında səmimi söhbət, ilıq xatirə tablosu olduğunu ümumiyyətlə, rejissorun bütün ekran işlərində həzin səmimi duyğuları ön çəkməyə çalışdığını bildirdi.

Çıxış edənlər Ş.Mahmudbəyovun aktyor işini qeyd edərək kinoyaddaşa köçən obrazlarını da xatırladılar. Yenilməz batalyon”dakı Qaçaq Əlimərdanı ustalıqla ifa etdiyini, “Fəryadbədii filmində isə erməni həkimin mənfi obrazını inandırıcı canlandırdığını dedilər. Mozalansatirik kinojurnalı üçün çəkdiyi çəkildiyi filmlərdəki işini vurğuladılar. Ömrünün sonunadək sevimli işi ilə məşğul olduğunu, hər televiziya, sənədli filmə belə böyük eşqlə ekran ömrü verməyə çalışdığını bildirdilər. Rejissorun tamamlamağa macal tapmadığıDivarİnsanadlı televiziya kinolentlərinin yaradıcılığının son akkordu olduğunu dedilər.

İstər rejissor, istərsə insan olaraq xeyirxahlıq, təvazökarlıq səmimiyyəti həyat şüarı edən kino adamının xatirə gecəsi haqq elədiyi tamaşaçı sevgisi alqışı ilə bitdi...

 

HƏMİD

 

Mədəniyyət.- 2019.- 18 oktyabr.- S.1;6.