Henrix LeylaDetmoldda səslənib

 

 

 

Almaniyanın Detmold şəhərində (Şimali Reyn-Vestfaliya əyaləti) Azərbaycan bəstəkarı Xədicə Zeynalovanın əsərinin səsləndiyi konsert keçirilib.

Şimali Reyn-Vestfaliya Mədəniyyət Nazirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə keçirdiyi konsert Almaniya Federativ Respublikasının 70 illiyinə və Azərbaycanda ilk alman koloniyasının yaranmasının (1819) 200 illiyinə həsr olunub. Şəhərdəki Yay teatrında (Sommer Theater) gerçəkləşən musiqi axşamında “Bridge of Sound” beynəlxalq ansamblının ifasında Xədicə Zeynalovanın “HenrixLeyla” əsəri səsləndirilib. Əsərin mövzusu alman Henrixin və azərbaycanlı qız Leylanın məhəbbəti haqqındadır.

 

Mədəniyyət.- 2019.- 18 oktyabr.- S.8.