Kitabxana əməkdaşları üçün treninq

 

Mədəniyyət Nazirliyinin dəstəyi və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı ilə 14-18 oktyabr tarixində “İnformasiya mühitində müasir gəncliyin virtual imkanları və kitabxanaların özünüifadə metodları” mövzusunda treninq keçirilib.

Treninq müddətində Respublika Gənclər Kitabxanasının direktoru Oruc QuliyevMüasir kitabxanaların sosial şəbəkələrdə fəaliyyəti”, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi, dosent Pərviz Kazımi “İnternet forumların keçirilməsi metodikası”, kitabxananın şöbə müdirləri Günay Həsənova “Müasir informasiya məkanında texnoloji alətlər – kitabxanalarda təbliğat xarakterli vəsaitlərin hazırlanması üçün istifadə olunan proqramlar”, Səadət Şəfiyeva “ALİSA proqramı – işləmə prinsipi, əməliyyatlar, çətinliklər, problemlərin müzakirəsi” mövzularında məruzələrlə çıxış ediblər.

Bakı, Gəncə şəhər, Xaçmaz, Şəki Quba, Qusar, Ağcabədi, Göyçay, Qax, Astara, Ağdaş, Ucar, Zərdab rayon mərkəzi kitabxanalarının əməkdaşlarının iştirak etdiyi treninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 23 oktyabr.- S.3.