Abşeron rayon musiqi məktəblərinin kollektivləri Gürcüstanda olub

 

 

Abşeron rayon Xırdalan şəhər Musiqi məktəbinin və Mehdiabad Uşaq musiqi məktəbinin kollektivləri Gürcüstandan qayıdıblar. Kollektivlər Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təşkil olunan konsertdə iştirak edib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.

Abşeronlu məktəblilərin ifasında xalq və bəstəkar mahnıları səsləndirilib və milli rəqslərimiz nümayiş olunub.

Səfər çərçivəsində Gürcüstanda keçirilən “MSXETA 2019” Uşaq və Gənclərin Beynəlxalq Yaradıcılıq Festivalında da iştirak edən Abşeron rayon musiqi məktəblərinin müəllim və şagirdləri festivalın diplomları ilə təltif olunubl

 

Mədəniyyət.- 2019.- 23 oktyabr.- S.3.