Teatr adamı beynəlxalq konfransla anıldı

 

 

Çağdaş Azərbaycan teatr tarixində onun öz adı, öz imzası var. Ənənəvi teatrı yeni cərəyanlarla birləşdirib sənət tariximizə yeni bir teatr bəxş edən Vaqif İbrahimoğlu daima sevgi hörmətlə anılacaq.

Oktyabrın 18-də Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində (ADMİU) keçirilənTürkdilli xalqların teatr ənənələri müasir teatr dünyasında onların modifikasiya problemlərimövzusunda beynəlxalq elmi konfrans da Əməkdar incəsənət xadimi, novator rejissor, Yuğ teatrının yaradıcısı Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunmuşdu.

Tədbirdə türkdilli xalqların teatr mədəniyyətinin tədqiqatçıları, rejissorlar, ali orta təhsil müəssisələrinin müəllimləri, dissertant magistrantlar iştirak edirdilər.

Konfransı ADMİU-nun rektoru, professor Ceyran Mahmudova açaraq Vaqif İbrahimoğlunun Azərbaycan teatr tarixində xüsusi mövqeyə malik sənətkar olduğunu, özünəməxsus üslub yarada bildiyini dedi, onun qısa ömür yaşamasına baxmayaraq, zəngin yaradıcılıq yolu keçdiyini, teatr sahəsində yeniliklərə imza atdığını vurğuladı. Vaqif İbrahimoğlunun teatr sahəsindəki ideya konsepsiyasının bu gün yaşadıldığı inkişaf etdirildiyi diqqətə çatdırıldı.

Sonra məruzələr dinlənildi.

Əməkdar incəsənət xadimi, professor İlham RəhimliTürkdilli xalqların əsərləri Azərbaycan səhnəsindəmövzusunda çıxış etdi. Məruzəçi bildirdi ki, Azərbaycan teatr tarixində türkdilli xalqların əsərlərinin tamaşaya qoyulması xüsusi mərhələ təşkil edir. Ötən əsrin əvvəllərindən etibarən qazax, qırğız, tatar, özbək, türkmən dramaturqlarının əsərləri Azərbaycan teatrında səhnələşdirilərək tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Teatr xronologiyasına nəzər salan alim 1908-1930-cu illərdə Azərbaycan teatrında vətənpərvərlik ideyasının daha geniş vüsət aldığını xatırlatdı.

T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının kafedra müdiri, professor Saniya KabdiyevaMüasir qazax teatrında ənənələrin transformasiyasımövzulu məruzəsində ölkəsində teatr sənəti, müasir dövrün teatr elementlərinin tətbiqi  barədə məlumat verdi.

ADMİU-nun prorektoru, professor Məryəm Əlizadə isəRejissor haqqında paradoks...” adlı məruzəsində ölməz rejissor V.İbrahimoğlunun əngin yaradıcılığına, teatr estetikasına fərqli rakurslardan nəzər saldı.

Özbəkistan Dövlət İncəsənət Mədəniyyət İnstitutunun professoru Temur RaşidovMərkəzi Asiyanın teatr sənəti (ənənə müasirliyin dialektikası)” adlı məruzəsində çağdaş teatrın problematikasını tezislər şəklində diqqətə çatdırdı.

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Tehran ƏlişanoğluDekadans mühitində Vaqif İbrahimoğlu Yuğadlı məruzəsində rejissorun yaratmış olduğu teatr meyli onun teatr prosesinə nüfuz mexanizmini nəzərdən keçirdi.

Konfransda həmçinin ADMİU-nun kafedra müdiri, professor Aydın TalıbzadəninPerfomativ meditasiya: Eucinio Barbanın tənqidi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə CəlilovanınVaqif İbrahimoğlu yaradıcılığında məzmunsuz strukturlar”, teatrşünaslıq kafedrasının müəllimi Elçin CəfərovunVaqif İbrahimoğlu yaradıcılığı Qərb Şərq teatr mədəniyyətlərinin bifurkasiya nöqtəsi kimi”, dissertant Tərlan RəsulovunTətbiqi teatr: mövcud durumu perspektivlərimövzularında məruzələri təqdim edildi.

 

HƏMİD

 

Mədəniyyət.- 2019.- 23 oktyabr.- S.1;4.