Gənc Tamaşaçılar TeatrındaOqtay Eloğlu

 

 

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Cəfər CabbarlınınOqtay Eloğlupyesi əsasında qurulacaq eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı isə Şamxal Novruzludur.

Tamaşada xalq artistləri Qurban İsmayılov, Yasin Qarayev, əməkdar artistlər Elşən Rüstəmov, Şövqi Hüseynov, Elnur Kərimov, Qəmər Məmmədova, Elnur Hüseynov, Elşən Çarhanlı başqaları rol alıblar.

Səhnə əsəri noyabrın sonunda tamaşaçılara təqdim olunacaq.

 

Mədəniyyət.- 2019.- 23 oktyabr.- S.5.