Akademik Milli Dram Teatrının yubileyi münasibətilə

 

 

 

Prezident İlham Əliyev oktyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə teatrın bir qrup əməkdaşının təltif olunması haqqında sərəncamlar imzalayıb.

Teatrın əməkdaşlarından Kazım Abdullayev və Əli Nurzadə “Xalq artisti”, Mətləb Abdullayev, Əminə Babayeva, Rəşad Bəxtiyarov, Elnar Qarayev “Əməkdar artist” fəxri adına layiq görülüb. Xalq artistləri Bəsti Cəfərova, Məleykə Əsədova, Laləzar Mustafayeva, Ramiz  Novruz “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, xalq artistləri Rafael Dadaşov, Nurəddin Quliyev, Ramiz Məlik “Şöhrət” ordeni ilə, teatrın səkkiz əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunub.

 

Mədəniyyət.- 2019.- 30 oktyabr.- S.1.