Humanizm həmrəylik naminə dialoq

 

 

SimurqMədəniyyət Assosiasiyasının təşəbbüsü Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə oktyabrın 28-də Qusar şəhərindəDünya dəyərlərinin, humanizmin insan həmrəyliyinin təsdiqi naminə mədəniyyətlərin, xalqların sivilizasiyaların dialoquadlı beynəlxalq konfrans keçirilib.

Konfransda həmçinin M.V.Lomonosov adına MDU-nun Qlobal problemlərin araşdırması üzrə UNESCO kafedrasının, Rusiya Prezidenti yanında Dövlət Qulluğu İdarəçilik İnstitutunun (Moskva), “Avropa-AsiyaBeynəlxalq Humanitar Akademiyası Dünya Mədəniyyəti İnstitutunun (Kazan), “Brahma Kumarisuniversitetinin (Hindistan) nümayəndələri, digər yerli xarici alimlər iştirak ediblər.

Mədəniyyət Nazirliyinin Elm tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov nazir Əbülfəs Qarayevin adından tədbir iştirakçılarını salamlayıb.

Tədbirin həmtəşkilatçısı olan Mədəniyyət üzrə Elmi-Metodiki İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev dövlətlərin inkişafında mədəniyyət amili, o cümlədən dövlətlərarası sabit münasibətlərin qurulmasında mədəni mexanizmlərdən danışarkən Azərbaycan Rusiya dövlətləri arasında uğurlu əməkdaşlıqdan söhbət açıb.

Moderatorlar – “SimurqMədəniyyət Assosiasiyasının rəhbəri, Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov UNESCO-nun Dünya Mədəniyyəti İnstitutunun rektoru, akademik Engel Tahirov konfransın yaradıcı məqsədləri haqqında danışıblar, bu xüsusda UNESCO proqramları üzrə beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik AkademiyasındaMədəniyyət qlobal problem kimimövzusunda UNESCO-nun Universitetlərarası şəbəkə kafedrasının açılması ilə əlaqədar ilkin razılaşma əldə edilib.

Böyük Volqa YoluBeynəlxalq İctimai Təşkilatının rəhbəri, akademik Engel Tahirov Bakıda təşkilatın Azərbaycan bölməsinin  açılması barədə iştirakçılara məlumat verib.  

Qeyd edək ki, konfrans iştirakçıları üçün Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən rəsm sərgisi və bədii proqram təşkil olunub.

 

Mədəniyyət.- 2019.- 30 oktyabr.- S.5.